"Antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Lakin buna baxmayaraq, Ermənistanda revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmayacaqlar".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Xankəndi seçki dairəsindən seçilən deputat bildirib ki, informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır: “Çünki müxtəlif platformalardan hücumlar davam edəcək. Misal olaraq, ABŞ-nin Kaliforniya ştatında radikal emrəni qrupların üzvləri Azərbaycan və Türkiyənin diplomatlarına hücum etdilər. Eyni halların Avropada yerləşən səfirliklərimizə qarşı da olacağı ehtimalını görürük. Odur ki, bu məsələlərdə ayıq-sayıq olmaq lazımdır. Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar. Çünki Azərbaycanın ərazisi artıq suverendir və bu, əbədi belə olacaq”.