Tovuzda bir neçə şəhidin orden və medalları ailə üzvlərinə təqdim edilib
- 30 dekabr, 2022
- 19:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuzda Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların orden və medalları ailə üzvlərinə təqdim olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “3-cü dərəcəli rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Əhmədov Firuz Məzahir oğlunun, “3-cü dərəcəli rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Nəsibov Kənan Cəbrayıl oğlunun, “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Hüseynov Səddam Rafiq oğlunun, “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Mahmudzadə Ülvü Məzahir oğlunun, “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni təltif olunmuş Məcidov Aqil Aydın oğlunun, Ələsgərov Sənan Əkram oğlunun, Hüseynov Emin Fərmayıl oğlunun, Quluyev Hüseyn Həbib oğlunun, Qurbanov Vahid Elşad oğlunun, Salmanov Sahil Vüqar oğlunun orden və medalları ailələrinə təhvil verilib.
Tovuz rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz Rayon Şöbəsinin məsul işçiləri şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları şəhid ailələrinə təqdim ediblər.