Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək

Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həlak olan dörd nəfərin nəşi bu gün Bakıya gətiriləcək.
İnfrastruktur
26 Dekabr , 2024 19:24
Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həlak olan dörd nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.

Onun sözlərinə görə, həyatını itirən şəxslərin cənazəsi ölkəyə AZAL-a məxsus təyyarə ilə gətiriləcək.

General-mayor bildirib ki, yaralılardan yeddi nəfəri FHN-nin xüsusi təyyarəsi ilə həkim və peşəkar psixoloqların müşaiyəti ilə Bakıya gətiriliblər və onların müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda, Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi