“İllər sonra Şuşaya qayıtmaq çox sevincli, qürurludur”.
“Report” xəbər verir ki, bu sözləri Şuşaya köç edən keçmiş məcburi köçkün Cəmilə Məmmədova deyib.
“Torpaq bizim üçün həmişə əzizdir, müqəddəsdir. Oranı müqəddəs edən şəhidlərimizə rəhmət diləyirəm. Prezidentimizin Allah canını sağ eləsin ki, bizə bu gözəl hissi yaşatdı. Əməyi olan hər kəsə minnətdaram, ona görə ki, onlar bu millətin namusunu qorudular”, - deyə o əlavə edib.
Digər Şuşa sakini Abtalıbova Abhayat isə bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Şuşaya qayıdırlar:
“Biz doğma yurdumuza qayıtmağımızın əsas səbəbkarı Ali Baş Komandanımıza, Prezidentimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirəm, ata-analarının əllərindən öpürəm. Allah torpaqlarımızı düşməndən azad edən ordumuzu qorusun”.