Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
Daxili siyasət
- 01 noyabr, 2024
- 13:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hidayət Nəsir oğlu Qarayevlə Şuşada keçirilən vida mərasimi başa çatıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Şuşa şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şuşa Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Hidayət Nəsir oğlu Qarayev 1927-ci il dekabrın 28-də Şuşada anadan olub. O, 1992-ci il mayın 8-də Şuşada itkin düşüb.
Son xəbərlər
06:10
İran Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus kəşfiyyat PUA-sını vurub
Region
05:43
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
Region
05:08
Mourinyo hakim qərarlarından narazı qalıb
Futbol
04:45
Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb
Digər ölkələr
04:13
İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb
Region
03:49
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
Digər ölkələr
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region