Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib - YENİLƏNİB-2

Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib - YENİLƏNİB-2 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Daxili siyasət
12 İyun , 2024 14:48
Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib - YENİLƏNİB-2

Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib.

"Report" xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Şuşaya 21 ailə – 85 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 126 ailə (491 nəfər) mənzillə təmin edilib.

14:18

Bakı şəhərindən yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

"Report" xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.

Bununla da Şuşada 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

06:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Orphus sistemi