Son yeddi ildə keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib

Son yeddi ildə keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib Yeddi ildir, keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik Forumları 100 mindən çox gənci əhatə edib.
Daxili siyasət
5 Dekabr , 2024 14:09
Son yeddi ildə keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib
Qədir Xəlilov

Yeddi ildir keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib.

"Report" xəbər verir ki, bunu Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumundakı çıxışında deyib.

O qeyd edib ki, könüllülərin fəaliyyəti yüksək qiymətləndirilir: "2024-cu ildə Azərbaycan könüllülərinin fəaliyyəti təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də diqqət çəkdi. COP29 kimi vacib bir tədbirin təşkilinə 3000-dən çox könüllü cəlb olundu.

Bununla yanaşı, 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələdən əziyyət çəkənlərə kömək missiyasında, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərindəki ekoloji aksiyada da könüllülər çox mühüm rol oynadılar".

Q.Xəlilov vurğulayıb ki, artıq yeddi ildir keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib. Onun sözlərinə görə, forum Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların da diqqətindədir.

Son xəbərlər

Orphus sistemi