Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı məlumatlara aydınlıq gətirib

Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı məlumatlara aydınlıq gətirib "İstədiyim vaxt istədiyim qədər arıqlaya bilirəm"
Daxili siyasət
24 Dekabr , 2016 18:07
Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı məlumatlara aydınlıq gətirib

Bakı. 24 dekabr. REPORT.AZ/ "Hazırda iş başındayam, səhhətimdə heç bir problem yoxdur".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, səhhəti normaldır və cərrahiyə əməliyyatı olunmayıb: "Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Amma nə yaş əməliyyat olunmaq yaşıdır, nə da hava elə havadır. Mən peşəkar idmançıyam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaqdan ötrü dərman içirlər, amma mən pəhriz və idmanla istədiyim qədər arıqlayıram. Eyni zamanda, istəsəm kökələ də bilərəm, amma buna ehtiyac görmürəm".

Son xəbərlər

Orphus sistemi