Azərbaycanın şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub.
"Report"un şimal-qərb bürosunun məlumatına görə, Qax, Zaqatala və Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunan rayonlardakı Şəhidlər xiyabanında Birinci Qarabağ və Vətən müharibələri, 2022-ci ilin sentyabr döyüşləri, 2023-cü ilin lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri düzülüb.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.