Şəhid qardaşı: Son döyüşdə iştirakından sonra onun barəsində heç bir məlumat yox idi
Daxili siyasət
- 31 oktyabr, 2025
- 12:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qalıqları tapılaraq bu gün dəfn edilən itkin-şəhid haqqında 33 il heç bir məlumat əldə edilməyib.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında oktyabrın 31-də dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Çingiz Hüseynovun qardaşı Elxan Hüseynov deyib.
O, qardaşının Xocalıda könüllü özünümüdafiə dəstəsinin üzvü olduğunu xatırladıb:
"Həmin gecə bizi evdə qoyub döyüşə getdi və o gündən sonra qardaşımın taleyi barəsində heç bir məlumat yox idi. Şükür, heç olmasa, 33 ildən sonra onun qalıqları tapılaraq dəfn edildi. Qardaşımla qürur duyuram. Onun uğrunda şəhid olduğu Xocalıda dəfn edilməsi bizim üçün böyük xoşbəxtlikdir".
Son xəbərlər
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərdi
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr