Seçkiöncəsi sorğu: Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək hesab edir

Seçkiöncəsi sorğu: Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək hesab edir Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək olduğunu bildirib
Daxili siyasət
27 Avqust , 2024 11:43
Seçkiöncəsi sorğu: Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək hesab edir

Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətinin yüksək olduğunu bildirib.

"Report" xəbər verir ki, bunu "Oracle Advisory Group"un seçkiöncəsi sosioloji sorğu ilə bağlı keçirdiyi mətbuat konfransında George Birnbaum deyib.

Qurumun nümayəndəsi seçkiöncəsi aparılan sorğunun nəticələrinə əsasən bildirib ki, respondentlərin 20 faizi isə ölkədə vəziyyəti qənaətbəxş qiymətləndirib.

“9 faizi isə cavab verə bilməyib. Sosial duruma gəlincə, respondentlərin 89 faizi Azərbaycanda vəziyyətin yaxşı olduğunu bildirib”, - o deyib.

Qeyd olunub ki, Azərbaycanda söz azadlığının olduğunu respondentlərin 85 faizi müsbət qiymətləndirib.

Əlavə olunub ki, respondentlərin 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.

“2 faiz qorunmadığını bildirib. 1 faiz sualdan yayınıb”, - o deyib.

Son xəbərlər

Orphus sistemi