Saatlıda müharibə iştirakçılarına medallar təqdim olunub

Saatlıda müharibə iştirakçılarına medallar təqdim olunub Saatlı rayonunda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
Daxili siyasət
4 Noyabr , 2022 10:13
Saatlıda müharibə iştirakçılarına medallar təqdim olunub

Saatlı rayonunda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Saatlı rayon Mədəniyyət Mərkəzində “Zəfər Günü”nün ikinci il dönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəhbərliyi, Vətən müharibəsi qaziləri, şəhid valideynləri iştirak edib.

Mərasimdə Azərbaycanın Zəfər tarixinin yazılmasında dövlət-xalq-ordu birliyindən söz açılıb. Bildirilib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun gücü nəticəsində qələbə qazanılıb.

Qeyd olunub ki, Ali Baş Komandanın verdiyi tapşırıq və göstərişləri uğurla yerinə yetirən Azərbaycan Ordusu düşməni əzəli torpaqlarımızdan qovub. Həmçinin bildirilib ki, xalqımızın mübarizə əzmi hər zaman orduya dəstək olub.

Bu qələbənin birliyimizin rəmzi olduğu qeyd olunub.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları medallarla təltif olunub.

Son xəbərlər

Orphus sistemi