Rövzət Qasımov: Müraciətlərə baxılması prosesi şəffaf həyata keçirilir

Daxili siyasət
  • 08 avqust, 2024
  • 13:55
Rövzət Qasımov: Müraciətlərə baxılması prosesi şəffaf həyata keçirilir
Rövzət Qasımov

Parlament seçkiləri ilə əlaqədar şikayət və müraciətlərə baxılmasında şəffaflıq təmin olunur.

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bugünkü iclasında deyib.

O bildirib ki, şikayət və müraciətlərə baxılmasında şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir: "İstənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq müraciətlərlə bağlı ətraflı məlumat əldə edə bilər".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti