Bakı. 21 fevral. REPORT.AZ/ “Xocalıda insanlar soyqırıma məruz qalıb. Həmişə onlar üçün dua edəcəyəm”.
“Report”un xəbərinə görə, bunu Roma Papasının Bakıdakı nümayəndəsi Viladimir Fekete Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq: “Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırıma, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün heç zaman duamı əsirgəməyəcəm”.