Azərbaycanda növbədənkənar parlament seçkiləri zamanı seçki məntəqələrində yüksək hazırlıq işləri sayəsində xoş ab-hava və müsbət, konstruktiv əhvali-ruhiyyə hökm sürüb ki, bu da seçki prosesinin ümumi gedişinə təsir göstərib.
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Pavel Andreyev deyib.
“Azərbaycan Mərkəzi Seçki Komissiyasından olan həmkarlarımız yüksək motivasiyalı və yaxşı hazırlıqlı idilər. Seçki məntəqələrində şahidi olduğumuz və bizə seçicilər, müşahidəçilər və seçki prosesinin digər iştirakçıları ilə müsbət münasibət qurmağa imkan verən xoş ab-hava və konstruktiv əhvali-ruhiyyə hər hansı bir ciddi insidentin baş vermə mümkünlüyünü minimuma endirib", - o qeyd edib.
Komissiya üzvünün sözlərinə görə, hazırlıq işlərinə uzun onilliklər ərzində seçki prosesinin təşkilində iştirak etmiş çox təcrübəli mütəxəssislər və müvafiq təlim keçmiş gənclər cəlb olunub.
“Onu da qeyd etmək istərdim ki, seçki komissiyasında və müşahidəçilər arasında xeyli sayda qadın da təmsil olunub”, - o vurğulayıb.