Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir
Daxili siyasət
- 20 iyun, 2024
- 11:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza mexanizmi olmalıdır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, belə nikahlar uzun müddət davam etmir: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur”.
“Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Bu sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır”, - C.Məmmədov əlavə edib.
Son xəbərlər
10:01
"Neftçi" ABŞ-dən olan basketbolçu Cerod Robinsonla yollarını ayırıb
Komanda
09:57
10 ayda 9 milyard manata yaxın pensiya, müavinət, təqaüd və sosial yardım ödənilib
Maliyyə
09:53
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər
Maliyyə
09:52
Honqkonqda bərə üzən doka çırpılıb, 22 nəfər yaralanıb
Digər ölkələr
09:52
"Bornmut" avrokuboklarda ilk 5 matçında qələbə qazanan ilk İngiltərə komandası olub
Futbol
09:48
Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ixtisas attestatının qüvvədəolma müddəti müəyyənləşir
İnfrastruktur
09:46
Foto
Video
"AzInTelecom" X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
İKT
09:45
Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir
Biznes
09:44
AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
İnfrastruktur