Monitorinq Mərkəzi ADRA-nın əməkdaşlarına üç aylıq təlim keçib

Monitorinq Mərkəzi ADRA-nın əməkdaşlarına üç aylıq təlim keçib Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarına üç aylıq təlim keçib.
Daxili siyasət
14 İyun , 2023 18:23
Monitorinq Mərkəzi ADRA-nın əməkdaşlarına üç aylıq təlim keçib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarına üç aylıq təlim keçib.

Bu barədə "Report"a Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən məlumat verilib.

Mərkəzin direktoru, professor Sevinc Əliyeva təlimlərin açıq məkanlardakı reklamlarda Azərbaycan dilinin saflığının qorunması və dövlət dili normalarının düzgün tətbiqinin təmin edilməsi məqsədilə təşkil olunduğunu, təlim zamanı bilik və bacarıqların praktik əhəmiyyəti nəzərə alınmaqla reklam mətnlərindən seçilmiş nümunələrin təhlilinə üstünlük verildiyini bildirib.

Reklam daşıyıcılarında ədəbi dil normalarının bir çox hallarda kobud şəkildə pozulduğunu təəssüf hissi ilə qeyd edən natiq Monitorinq Mərkəzinin açıq məkanlardakı reklamlarda apardığı monitorinqin nəticələrinin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıb, sözügedən sahədə mövcud nöqsanların aradan qaldırılmasında ADRA ilə davamlı əməkdaşlığın töhfə verəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi