Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi

Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib
Daxili siyasət
645
19 Aprel , 2021 13:28
Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi
Ramiz Həsənov

Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990- cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb.1997-2004-cu illərdə "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub.2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.2018-ci ilin mayından indiyədək xarici işlər nazirinin müavini idi. İngilis və rus dillərini bilir.

Son xəbərlər

Orphus sistemi