Ramin Məmmədov Qubada vətəndaşları qəbul edib
Daxili siyasət
- 04 dekabr, 2024
- 14:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Quba şəhərində vətəndaşları qəbul edib.
"Report" xəbər verir ki, qəbul zamanı Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Son xəbərlər
08:47
Biləsuvarda toyda bıçaqlanma olub
Hadisə08:34
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika08:31
ABŞ və Yaponiya hərbi təlimləri Okinavadakı qətl hadisəsinə baxmayaraq keçiriləcək
Digər ölkələr08:14
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:08
Dünya Bankının rəhbəri iş yerlərinin yaradılmasını əsas prioritet adlandırıb
İqtisadiyyat07:46
Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
Futbol07:42
Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb
Region07:11
AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
Digər ölkələr06:42