Qubada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
"Report"un Şimal bürosu xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə tər güllər düzülərək xatirəsi anılıb.
Sonra konfrans başlayıb. Z.Əliyev dahi liderin Azərbaycana rəhbərlik etdiyi dövürdəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.
Konfransın sonunda H.Əliyevin 100 illik yubileyinə həsr olunan film nümayiş olunub.
Qeyd edək ki, axşam saatlarında Qubada Ulu Öndərin xatirəsinə həsr olunan konsert proqramı keçiriləcək, atəşfəşanlıq olacaq.