Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başlayıb

Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başlayıb Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.
Daxili siyasət
30 Mart , 2023 14:38
Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başlayıb

Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, anım mərasiminə bir gün qalsa da, havanın yağışlı olmasına baxmayaraq xalqımızın and yerinə çevrilən bu müqəddəs məkan ziyarətçilərin üzünə açıqdır.

Səhər saatlarından etibarən ziyarətə rayon sakinləri ilə yanaşı, ətraf ərazilərdən gələnlər də var.

Burada ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.

Son xəbərlər

Orphus sistemi