Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri 800-dən çox silah, 5 minə yaxın sursat və 6 zirehli texnikanı təhvil verib - YENİLƏNİB
- 22 sentyabr, 2023
- 16:36
"Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başladılar".
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
19:46
Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar əsasən, Qarabağdakı silahlı erməni birləşmələri silah - sursatlarını təhvil verir.
“Report” xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında yazılıb.
Məlumata görə, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, tank əleyhinə idarəolunan raket (TƏİR) və daşınan zenit raket kompleksi (DZRK) təhvil verilib.