"Qaçqınkom": İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib

"Qaçqınkom": İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib "Onlar ailələrini dolandırmaq imkanına malik olduqlarını əsas gətirib"
Daxili siyasət
2 Fevral , 2017 10:53
Qaçqınkom: İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib

Bakı. 2 fevral. REPORT.AZ/ İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir: "Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Qaçqınkoma edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir.

Dövlət Komitəsinə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər".

Məlumata görə, həmin 300 ərizə əraziləri işğal olunan 10 rayondan daxil olub.

Son xəbərlər

Orphus sistemi