Prezidentin xüsusi nümayəndəsi: Xankəndi sakinlərinin işlə təminatı dövlət proqramına töhfələr verəcək

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi sakinlərinin işlə təminatı dövlət proqramına töhfələr verəcək Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir.
Daxili siyasət
25 May , 2024 19:02
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi sakinlərinin işlə təminatı dövlət proqramına töhfələr verəcək

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Report”a verilən məlumata görə, doğma yurd-yuvalarına qayıdacaq keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xankəndi şəhərində, Ağdərə, Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərinə köçməyə hazırlaşan sakinlərin bir qrupunun işlə təmin olunması barədə müraciətlərinə baxılıb.

Xankəndi şəhərində təşkil olunan tədbirdə Agentlik sədrinin müşaviri Etibar Məmmədov bildirib ki, ata-baba yurdlarına qayıdan insanların məşğulluğu əsas prioritetlərdən biri elan edilib və bununla bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Xankəndi Sukanal Sahəsi yaradılıb. Bu gün Xankəndi şəhərində təşkil olunan görüşdə məcburi köçkünlərin bir qrupunun müraciətinə baxılır və onlar ixtisaslarına və peşələrinə uyğun işlə təmin olunacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, şəhərdə ilk dəfə təşkil olunan tədbirdə yerli sakinlərin bir qisminin işlə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfələr verəcək.

Görüşdə Xankəndinin 10 sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi Sukanal Sahəsində işlə təmin olunublar.

Son xəbərlər

Orphus sistemi