MSK prezident seçkilərində "exit-poll” keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb

Daxili siyasət
  • 18 yanvar, 2024
  • 12:18
MSK prezident seçkilərində exit-poll” keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: "Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirəcək".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti