Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Bakı Konqres Mərkəzinin açılışı olub. "Report"un məlumatına görə, Azərbaycan Prezidenti
Maliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür. Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılıb. Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərəcək.
Bakı Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılıb. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.
Ölkədə hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin davamlı inkişafı və yaradılan şərait artıq Azərbaycanı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Bu gün ölkədə siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə bütün sahələrə aid region, qitə və dünya əhəmiyyətli mötəbər tədbirlər təşkil olunur. Belə bir Mərkəzin istifadəyə verilməsi ölkəmizin beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaradır.
Bildirilib ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu mötəbər tədbir
Bu möhtəşəm bina inşa olunduğu əraziyə də gözəllik verir, Heydər Əliyev Mərkəzinin yerləşdiyi məkanın füsunkarlığını daha da artırır. Orijinal üslubda tikilən Mərkəz ümumilikdə, paytaxtda aparılan abadlıq-quruculuq işlərinin davamlı olduğunu bir daha təsdiqləyir.