Prezident: “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik”

Prezident: “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik” "Hardandır bu raketlər Ermənistan ordusunda?"
Daxili siyasət
466
12 Aprel , 2021 16:18
Prezident: “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik”
İlham Əliyev
0 : 00
0 : 00

“Şuşanı bax bu “İskəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən deyib.

“Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik”, - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi