Bakı. 1 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin
“Report” xəbər verir ki, fərmanla “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 231) 1-ci hissəsi ləğv edilib.
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyev, redaksiya heyəti sədrinin birinci müavini Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ramiz Mehdiyevdir.
Milli Ensiklopediyanın redaksiya heyəti sədrinin müavinləri AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevdir. Milli Ensiklopediyanın baş redaktoru AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə, məsul katibi AMEA-nın həqiqi üzvü, AMEA-nı vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Tofiq Nağıyevdir. Milli Ensiklopediyanın redaksiya heyətinin üzvləri texnika elmləri namizədi, professor Ağacan Abiyev, AMEA-nın müxbir üzvü, AMEAnın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Bilal Bilalov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, AMEAnın Folklor İnstitutunun şöbə müdiri Kamran Əliyev, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, AMEA-nın həqiqi üzvü, AMEA nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, AMEA-nın müxbir üzvü, AMEAnın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri Amin İsmayılov, AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Arif İsmayıl-zadə, AMEA-nın müxbir üzvü Kərim Kərimov, AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimov, AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademikkatibi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Fəxrəddin Qədirov, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri Adil Qəribov, AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Məlikov, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri Vasim Məmmədəliyev, AMEA-nın həqiqi üzvü Qərib Məmmədov, AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru Nazim Məmmədov, AMEA-nın müxbir üzvü, AMEAnın Tarix İnstitutunun şöbə müdiri Fəridə Məmmədova, AMEA-nın müxbir üzvü, AMEAnın İqtisadiyyat İnstitutunun şöbə müdiri Şahbaz Muradov, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor Əsgər Rəsulov, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri Musa Rüstəmov, – Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı Tahir Salahov, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir.