Paytaxt sakini: Zəfər yürüşünə görə Ali Baş Komandana minnətdarıq
Daxili siyasət
- 06 noyabr, 2025
- 12:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı şəhər sakini, 60 yaşlı Sədaqət Quliyeva Zəfər yürüşünə görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərə və qazilərə minnətdar olduqlarını bildirib.
O, "Report"a açıqlamasında hazırda paytaxtda keçirilən Zəfər yürüşünü fəxrlə izlədiyini söyləyib:
"Bu, Azərbaycan üçün əlamətdar yürüşdür. Torpaqlarımızın işğaldan azad olunmasının beşinci ildönümüdür. Hərbçilərimizin yürüşünü izlədikcə fərəh hissi keçirirəm. Bu Zəfər yürüşünə Ali Baş Komandanımıza, şəhidlərimizə minnətdarıq. Ölkəmizi işğal bəlasından qurtarıblar. Arzu edirəm ki, daha gözəl günlər görək, vətəndaşlarımız da bu qələbə yürüşlərini izlədikcə fərəh hissi keçirsin. Ona görə də şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram".
Son xəbərlər
16:44
Fərid Şəfiyev: Azərbaycan Aİ ilə münasibətlərdə paradiqmanı dəyişməyə çalışır - Müsahibə
Xarici siyasət
16:34
Liviya korrupsiyaya qarşı mübarizə məsələləri üzrə əməkdaşlıqda maraqlıdır
Digər ölkələr
16:33
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Futbol
16:33
İslam dini haqqında stereotiplərin yayılması beynəlxalq əməkdaşlıq üçün ciddi çağırışlar yaradır - RƏY
Daxili siyasət
16:32
Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib
Hadisə
16:29
MACC: Bakıda İƏT ölkələrində korrupsiyaya qarşı mübarizə üçün mühüm qərarlar qəbul edilib
Digər ölkələr
16:27
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
Futbol
16:23
"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb
Futbol
16:21
Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Analitika