Bakı. 26 dekabr. REPORT.AZ/ “Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. Milli azlıqların sıx yaşadıqları bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilir. Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnikmədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları, milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.
O qeyd edib ki, bu qurumlar və ölkədə fəaliyyət göstərən digər
Onun sözlərinə görə, hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur: “Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir”.
PA-nın şöbə müdiri bildirib ki, Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox orta məktəb var: “Dövlət və özəl ali məktəblərdə rus dilində təhsil almaq üçün bölmələr var. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I- IX siniflər), talış dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir”.