Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 12:11
Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.

"Report" xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.

Zəfər abidəsinin önünə əklil qoyulub.

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

44 filmi