Nazirlərin sentyabr ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
- 25 avqust, 2023
- 10:41
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
"Report" xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün |
| | Baş prokuror Kamran Əliyev | Şabran | Şabran, Siyəzən, Xızı | 01 |
| | Gənclər və idman naziri Fərid Qayıbov | Şabran | Şabran, Xaçmaz | 06 |
| | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Astara | Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı | 11 |
| | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 12 |
| | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Tərtər | Tərtər, Bərdə | 13 |
| | Ədliyyə naziri Fikrət Məmmədov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 14 |
| | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Cəlilabad | Cəlilabad, Biləsuvar, Cəbrayıl | 14 |
| | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | Ağcabədi | Ağcabədi, Ağdam, Laçın | 15 |
| | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Quba | Quba, Qusar | 15 |
| | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | Göygöl | Göygöl, Daşkəsən | 15 |
| | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı | Ucar | Ucar, Kürdəmir, Göyçay, Zərdab | 19 |
| | Energetika naziri Pərviz Şahbazov | Füzuli (Horadiz şəhəri) | Füzuli, Beyləqan, Xocavənd | 22 |
| | Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | Mingəçevir | Mingəçevir, Yevlax | 22 |
| | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Astara | Astara, Lənkəran, Lerik | 22 |
| | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Şəki | Şəki, Qax | 22 |
| | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | Masallı | Masallı, Yardımlı | 22 |
| | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 22 |
| | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | Biləsuvar | Biləsuvar, Cəlilabad, Cəbrayıl | 22 |
| | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | Kürdəmir | Kürdəmir, Ucar, Zərdab | 22 |
| | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Şirvan | Şirvan, Hacıqabul | 27 |
| | Daxili işlər naziri Vilayət Eyvazov | Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı | 28 |
| | Mədəniyyət naziri Adil Kərimli | Mingəçevir | Mingəçevir, Yevlax | 28 |
| | Elm və təhsil naziri Emin Əmrullayev | İmişli | İmişli, Beyləqan, Saatlı, Sabirabad, Xocavənd | 29 |
| | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Göygöl | Göygöl, Daşkəsən | 29 |
| | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Yevlax | Yevlax, Mingəçevir | 29 |
| | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | Sabirabad | Sabirabad, Saatlı, İmişli, Hacıqabul | 29 |