Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib

Daxili siyasət
  • 10 fevral, 2023
  • 14:43
Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib

Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və dindarların iştirakı ilə bu gün Naxçıvan şəhərindəki Kazım Qarabəkir Paşa məscidində cümə namazı qılınıb, qardaş Türkiyədə zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunulub, yaralılara şəfalar dilənilib.

Qeyd edək ki, qardaş ölkədə baş verən dəhşətli faicədən zərər çəkənlərə kömək məqsədilə Naxçıvandan geniş yardım kampaniyası başladılıb. Son iki gün ərzində muxtar respublikadan zəlzələ bölgəsinə 30 TIR-a yaxın humanitar yardım göndərilib.

44 filmi