Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər: "İşə düzəlmək üçün pul verdik" - YENİLƏNİB

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər: "İşə düzəlmək üçün pul verdik" - YENİLƏNİB Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Daxili siyasət
29 Dekabr , 2023 12:09
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər: İşə düzəlmək üçün pul verdik - YENİLƏNİB

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.

Məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda şahidlər dindirilib. Onlar işə düzəlmək üçün Pentensiar Xidmətə pul verdiklərini bildiriblər.

Məhkəmə 12 yanvar 2024-cü il saat 12:00-dək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

10:17

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.

Qeyd edək ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilir.

Məhkəmədə şahidlər dindirilir.

Son xəbərlər

Orphus sistemi