Naxçıvan Baş Gömrük İdarəsində Milli Qurtuluş Günü qeyd olunub

Naxçıvan Baş Gömrük İdarəsində Milli Qurtuluş Günü qeyd olunub Naxçıvan Baş Gömrük İdarəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Daxili siyasət
14 İyun , 2024 20:40
Naxçıvan Baş Gömrük İdarəsində Milli Qurtuluş Günü qeyd olunub

Naxçıvan Baş Gömrük İdarəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək əlamətdar günün əhəmiyyətindən bəhs edib, hər il təntənə ilə qeyd edilən 1993-cü ilin 15 iyun gününün xalqın tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Qeyd olunub ki, məhz həmin tarixdən etibarən Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, zəngin dövlət idarəçiliyi təcrübəsi, qətiyyəti, əvəzsiz xidmətləri hesabına daxili və xarici təhlükələrin qarşısı alındı, müstəqilliyə yönələn təhlükələr aradan qaldırıldı və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.

Hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sürətlə inkişaf etdiyi və Azərbaycanın regionda lider dövlətə çevrildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda Ümummilli Liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi