MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama
- 19 fevral, 2020
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da namizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Report”un xəbərinə görə, MSK-nın bu gün keçirilən iclasında çıxış edən qurum sədri bildirib ki, belə məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür:
“Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.
***
"Mətbuatda belə bir məlumatlar yayılıb ki, poçta verilən müraciətlər ona görə gecikdirilir ki, onlara baxılmasın".
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.