Mozambikli müşahidəçi: Seçkilərdə iştirak Azərbaycanda demokratik ənənələr üçün vacibdir

Mozambikli müşahidəçi: Seçkilərdə iştirak Azərbaycanda demokratik ənənələr üçün vacibdir Azərbaycanda demokratik ənənələrin davam etdirilməsi üçün səsvermədə iştirak etmək və öz seçiminizi etmək çox vacibdir.
Daxili siyasət
1 Sentyabr , 2024 13:35
Mozambikli müşahidəçi: Seçkilərdə iştirak Azərbaycanda demokratik ənənələr üçün vacibdir

Azərbaycanda demokratik ənənələrin davam etdirilməsi üçün səsvermədə iştirak etmək və öz seçiminizi etmək çox vacibdir.

Bu barədə "Report"a Qoşulmama Hərəkatının Gənclər Təşkilatından müşahidəçi qismində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində iştirak edən mozambikli Machava Benedito Xadreque bildirib.

“Seçicilər seçki məntəqəsinə gəlməkdə maraqlıdırlar. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik etməliyəm, çünki parlamentdə kimin təmsil olunacağı ilə bağlı öz seçimini etmək çox vacibdir”, - o vurğulayıb.

Müşahidəçinin sözlərinə görə, səsvermənin mətbuatda işıqlandırılması həm də Azərbaycanda və ya ondan kənarda olan hər kəsə öz seçimini etməyin və ölkənizdə demokratik ənənələri qoruyub saxlamağın vacib olduğunu göstərmək üçün çox vacibdir: “Qoşulmama Hərəkatının Gənclər Təşkilatının seçkilərə dəvəti dünyaya göstərir ki, Qoşulmama Hərəkatı seçki prosesində şəffaflığa böyük əhəmiyyət verən bir təşkilatdır. Çünki biz demokratiyanı məhz belə qururuq. Azərbaycan hökuməti və xalqı bu prosesin içindədir”.

Son xəbərlər

Orphus sistemi