Yuxarı

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçilib - SİYAHI

Layihə səsverməyə qoyularaq qəbul edilib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçilib. "Report"un məlumatına görə, bununla bağlı məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. 

Milli Məclisin əməkdaşlıq etdiyi 28 dövlətin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə namizədlər irəli sürülüb.

Layihəyə görə, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirkazım Kazımov, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası işçi qrupunun rəhbəri Rövşən Rzayev, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Sadıqov, Azərbaycan-Avstraliya və Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Azərbaycan Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov, Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Novruzəli Aslanov, Azərbaycan-Böyük Britaniya parlamnetlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr ezrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rasim Musabəyov, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Valeh Ələsgərov, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hacı Salayev, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı, Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliyev İlham Əli Səftər oğlu, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Zeynəb Xanlarova, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yaqub Mahmudov, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev, Azərbaycan-İordaniya parlamnetlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəriman Əliyev olacaqlar.

Layihə səsverməyə qoyularaq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi