Yuxarı

Ziyad Səmədzadə

 - 

Azərbaycan Milli Məclisinin deputatı



2005

2005-cil ildən Milli Məclisin deputatıdır, parlamentin İqtisadi Siyasət komitəsinin sədridir.

1999

1999-cu ildə "İqtisadiyyat" adlı qəzet təsis edib.

1983

1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olub.

1978

1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub.

1976

1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini olub.

1962

1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb və elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib.

1961

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1940

Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna kəndində anadan olub.