Babək rayonunda səsvermə qanunauyğun şəraitdə davam edir

Babək rayonunda səsvermə qanunauyğun şəraitdə davam edir Naxçıvanın Babək rayonunda səsvermə çox şəffaf, qanunauyğun və seçici fəallığı şəraitində davam edir.
Daxili siyasət
29 Yanvar , 2025 12:22
Babək rayonunda səsvermə qanunauyğun şəraitdə davam edir
Vəli Məmmədov

Naxçıvanın Babək rayonunda səsvermə çox şəffaf, qanunauyğun və seçici fəallığı şəraitində davam edir.

Bunu "Report"un yerli bürosuna açıqlamasında 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin Babək şəhər 2 saylı seçki məntəqəsinin sədri Vəli Məmmədov deyib.

O bildirib ki, məntəqə üzrə 1396 seçici qeydiyyatdadır. Onlardan 31 nəfəri ilk dəfə səs verəcək. Məntəqə üzrə ümumilikdə 13 namizəd mübarizə aparır.

Qeyd edək ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə 64 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən 29-u Babək, 29-u Şahbuz, 6-sı Kəngərli rayonu ərazisində yerləşir. Dairə üzrə 47 min 95 seçici qeydə alınıb ki, onlardan 24 min 454-ü Babək, 16 min 779-u Şahbuz, 5862-i isə Kəngərli rayonunun sakinləridir.

Son xəbərlər

Orphus sistemi