Məntəqə sədri: 90 yaşlı vətəndaşın səsverməyə gəlməsi seçki fəallığını təsdiq edir

Məntəqə sədri: 90 yaşlı vətəndaşın səsverməyə gəlməsi seçki fəallığını təsdiq edir Seçkilərin fəallığını 90 yaşlı vətəndaşın səsverməyə gəlməsi ilə təsdiq edə bilərik.
Daxili siyasət
1 Sentyabr , 2024 13:53
Məntəqə sədri: 90 yaşlı vətəndaşın səsverməyə gəlməsi seçki fəallığını təsdiq edir

Seçkilərin fəallığını 90 yaşlı vətəndaşın səsverməyə gəlməsi ilə təsdiq edə bilərik.

Bunu "Report"a açıqlamasında 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 160 saylı klassik gimnaziyada yerləşən 35 saylı seçki məntəqəsinin sədri Gülnarə Mustafayeva deyib.

O bildirib ki, bu gün bazar günü olsa da, havanın isti olmasına baxmayaraq insanlar fəal şəkildə səsvermədə iştirak edirlər.

"Elə vətəndaşlar var ki, bağdan gəldiklərini deyirlər. Elə insanlar var ki, səsvermədə iştirak üçün istirahətinə də ara veriblər. Məncə bu çox ürəkaçan haldır".

O qeyd edib ki, məntəqədə ən yaşlı seçicinin 90 yaşı var:

“22 nəfərin müraciətinə əsasən daşınan seçki qutuları onların ünvanlarına çatdırılıb. Hazırda 28 yerli, 13 xarici müşahidəçi olmaqla 41 nəfər seçkinin gedişatını izləyir".

Son xəbərlər

Orphus sistemi