Bakı. 21 dekabr. REPORT.AZ/ Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan "Report"a verilən məlumata görə,
Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, “Elektron Məhkəmə” informasiya sisteminin yaradılmasının nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir olunması bildirilib.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsində dövlət başçısının yüksək dəstəyi qeyd olunub, yeni inşa edilən və ən müasir texnologiyalarlda təmin olunmuş müasir məhkəmə bina və komplekslərinin açılışında ölkə Prezidentinin şəxən iştirakının məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb.
İclasda Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ölkə Prezidenti
Həmin təltiflər təntənəli təqdim edilib. Dövlət təltiflərinə layiq bilinmiş şəxslər çıxış edərək onların fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz ehtiramlarını ifadə edib, bunun böyük məsuliyyət hissi yaratdığı, məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığını bildiriblər.
Qeyd olunub ki, ölkəmizdə hakimliyə namizədlərin Avropada nümunə kimi göstərilən obyektiv seçimi nəticəsində 800-dən çox namizəd sırasından 108 nəfər hüquqşünas çoxmərhələli imtahanları, o cümlədən 1 il müddətində davam etmiş təlimləri və məhkəmələrdə, habelə Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub. İclasda hakim korpusunun həmin gənc nəsil hakimliyə namizədlər hesabına möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin apellyasiya instansiyası məhkəmələrində sədr müavini və kollegiya sədri vəzifələrinin komplektləşdirilməsi, hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə rotasiya ehtiyacı, hakimlərin iş yerinin dəyişdirilməsi barədə müraciətləri nəzərdən keçirilib, ətraflı müzakirələr aparılmaqla dövlət başçısına müvafiq təkliflər verilib.
Bildirilib ki, bu sahədə görülən tədbirlər nəticəsində məhkəmə sistemində mövcud olan bütün vakansiyaların tam əksəriyyəti komplektləşdiriləcəkdir ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcəkdir.