Bu gün matəmlə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.
“Report” xəbər verir ki, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çoxsaylı insan itkisindən sonra Prezident İlham Əliyev ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Foto: Məhəmməd Ağayev, Samirə Həsənova, Vüqar Xanlarov