Komitə sədri: "Dünya azərbaycanlılarının Şuşaya toplaşması şəhidlərimizin ruhlarını şad edəcək"

Komitə sədri: "Dünya azərbaycanlılarının Şuşaya toplaşması şəhidlərimizin ruhlarını şad edəcək" "Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi mühüm hadisədir. Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir".
Daxili siyasət
19 Aprel , 2022 13:00
Komitə sədri: Dünya azərbaycanlılarının Şuşaya toplaşması şəhidlərimizin ruhlarını şad edəcək

"Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi mühüm hadisədir. Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədrinin sözlərinə görə, dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcək:

"Bundan sonrakı əsas məqsədimiz Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru bu işlərə daha çox cəlb etmək olacaq. Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbul etmək lazımdır.

Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştirak etməyə dəvət etmişdi. Hazırda Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daha da gücləndirəcək".

"Azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağından düşünürəm ki, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab edirəm ki, investisiya cəlb etmə prossesini daha da asanlaşdıra və sürətləndirə bilər", - T.Mirkişili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi