Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, nazir Kəmaləddin Heydərov tərəfindən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulu 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-da keçiriləcəkdir.
Qəbula gələn vətəndaşların qeydiyyatı 23 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.