Keçmiş məcburi köçkün: Laçının azadlığında əziyyəti olanların hamısına minnətdarıq

Keçmiş məcburi köçkün: Laçının azadlığında əziyyəti olanların hamısına minnətdarıq Doğma torpağımıza qayıdırıq. Bu müqəddəs işdə əziyyəti olanların hamısına minnətdarıq.
Daxili siyasət
11 Sentyabr , 2024 07:39
Keçmiş məcburi köçkün: Laçının azadlığında əziyyəti olanların hamısına minnətdarıq

Doğma torpağımıza qayıdırıq. Bu müqəddəs işdə əziyyəti olanların hamısına minnətdarıq.

“Report” xəbər verir ki, bunları Laçından olan keçmiş məcburi köçkün Nəriman Zeynalov deyib.

“Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımız azad olundu. Azadlıqla yanaşı, ədalət də bərpa edildi. Doğma yurdumuz özümüzə qayıtdı”.

N.Zeynalov qeyd edib ki, o, Laçına 64 yaşında qayıdır:

“Sevincimizin həddi-hüdudu yoxdur. İşğaldan azad olunduqdan sonra Laçında bir dəfə olmuşam. Laçın əvvəllər də gözəl idi, indi də gözəldir. Doğma yurdum həmişə gözəl olub.

Mətbuat sahəsində işləyirəm. Çalışacam laçınlılara bu sahədə xidmət edim”.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.

Son xəbərlər

Orphus sistemi