Kamran Əliyev: Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub

Kamran Əliyev: Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub.
Daxili siyasət
16 Avqust , 2024 10:51
Kamran Əliyev: Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub

Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev avqustun 16-da Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" elmi-praktiki konfrans zamanı qeyd edib.

Onun sözlərinə görə, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkənin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi