Prezidentin köməkçisi: "İşçilərinin sertifikatı olmayan obyektlər bağlanacaq"

Prezidentin köməkçisi: "İşçilərinin sertifikatı olmayan obyektlər bağlanacaq" “Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”
Daxili siyasət
824
25 May , 2021 13:04
Prezidentin köməkçisi: İşçilərinin sertifikatı olmayan obyektlər bağlanacaq

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və həmin tarixdən adıçəkilən obyektlərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obyektlərə xəbərdarlıq ediləcək və hətta bağlana bilər: “Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim”.

Son xəbərlər

Orphus sistemi