Prezident və birinci xanım məktəb binasının açılışında iştirak ediblər

Prezident və birinci xanım məktəb binasının açılışında iştirak ediblər Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub.
Daxili siyasət
26 Avqust , 2020 11:11
Prezident və birinci xanım məktəb binasının açılışında iştirak ediblər

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi