İcma sədri: Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqdan cəmi ikisinin varlığı müəyyən edilib

İcma sədri: Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqdan cəmi ikisinin varlığı müəyyən edilib Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda apardığımız monitorinqlər nəticəsində onlardan cəmi ikisinin varlığı müəyyən edilib
Daxili siyasət
28 Noyabr , 2024 11:53
İcma sədri: Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqdan cəmi ikisinin varlığı müəyyən edilib
Əziz Ələkbərli

Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda apardığımız monitorinqlər nəticəsində onlardan cəmi ikisinin varlığı müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda baş tutacaq ikinci beynəlxalq tədbir ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 200 illik təcrübə göstərir ki, ermənilər hər zaman Azərbaycanın tarixini məhv etmək, mədəni irsini yoxa çıxartmağa çalışıblar:

"Bizim Qərbi Azərbaycanda 600 qəbiristanlıqda keçirdiyimiz monitorinqin nəticələri göstərdi ki, onlardan 450-nin heç izi də qalmayıb. 150-ə yaxın qəbiristanlığın isə sadəcə dağıntıları qalıb və bərpa etmək demək olar, mümkünsüzdür. Cəmi iki qəbiristanlığı müəyyən edə bildik".

Ə.Ələkbərli bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: "Hazırda məscid və türbələrdə monitorinqlər aparılır".

Son xəbərlər

Orphus sistemi